"Qarabağ"ın legioneri ağır xəstəlik keçirdi

Türkiyənin "Ankaragücü" klubunda icarə əsasında çıxış edən "Qarabağ"ın futbolçusu Ovusu Kvabena ağır xəstəlik keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin Futbol Şöbəsinin koordinatoru Emre Yıldız açıqlama verib.
Klub rəsmisi bildirib ki, qanalı hücumçu xəstəxanaya yerləşdirilib və 2 gün orada qalıb. 25 yaşlı forvard bu səbəbdən "Boluspor" və "Keçiörengücü" komandalarına qarşı I Liqa matçlarında iştirak edə bilməyəcək.
Qeyd edək ki, cari mövsümün əvvəlindən "Ankaragücü"ndə çıxış edən Ovusu Kvabena meydana çıxdığı 23 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Ayxan Abbasov: "Konfrans Liqasında ilkə imza atmaq istəyirik"
"İlk toplanışımız istədiyimiz kimi alındı. Əsas odur ki, zədəli futbolçumuz olmadı. Bir az Vüqar Mustafayevlə Tellur Mütəllimovun yüngül zədələri var idi. Onlar...
