SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Sabah" öz meydanında "Qəbələ"ni qəbul edib. "Bank Respublika Arena"da baş tutan qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində qolları 38-ci dəqiqədə Coy-Lens Mikels, 41-ci dəqiqədə Xuan Kamara və 76-cı dəqiqədə Xulio Sesar Rodriges vurublar.

Bu qələbədən sonra xallarını 20-yə çatdıran "Sabah" 5-ci pillədəki mövqeyini qoruyub. Hazırda bu komandanı 4-cü sıradakı "Neftçi"dən cəmi 2 xal ayırır. "Qəbələ" isə 26 xalla ikincidir.

Qeyd edək ki, ilk oyun günündə "Zirə" səfərdə "Keşlə"ni 1:0, "Neftçi" isə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək "Səbail" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.

BAKU.WS