SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Qəbələ" evdə "Sabah"la qarşılaşıb. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı paytaxt təmsilçisi açıb. 20-ci dəqiqədə Coy-Lens Mikels fərqlənib. 40-cı dəqiqədə Fofana Tiemoko fərqi 2 topa çatdırıb. 63-cü dəqiqədə Aleksey İsayev baxımlı qolla əyalət təmsilçisini 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada son nöqtəni isə 69-cu dəqiqədə penaltidən İsnik Alimi qoyub.

Bu mövsüm ölkə çempionatında ardıcıl 2-ci qələbəsini qazanan "Sabah" 7 xalla sonuncu pillədə qalıb. 15 xalı olan "Qəbələ" isə 3-cü sıradakı mövqeyini qoruyub.

Qeyd edək ki, ilk oyun günündə "Zirə" evdə "Keşlə"ni 2:0, "Qarabağ" isə "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək "Sumqayıt" - "Səbail" görüşü ilə yekun vurulacaq.

BAKU.WS