13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün yeganə matçında "Keşlə" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qol 23-cü dəqiqədə qeydə alınıb. "Qırmızı-qaralar"ın heyətində Ruan Renato fərqlənib. Yeddi dəqiqə sonra "Qəbələ"nin kapitanı Asif Məmmədov fərqi iki topa çatdırıb. 38-ci dəqiqədə "Keşlə"nin portuqaliyalı legioneri Aldair Neto fərqi azaltsa da, 59-cu dəqiqədə İsnik Alimi əyalət təmsilçisinin üçüncü qolunu vurub.

69-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Stefan Vukçeviç ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 90+7-ci dəqiqədə Amil Yunanov "Keşlə"nin təsəlli qolunun müəllifi olub.

Bu nəticədən sonra xallarının sayı 15-ə çatdıran "Qəbələ" 3-cü pillədə qalıb. Paytaxt klubu isə 7 xalla 6-cı sıradadır.

Qeyd edək ki, ilk oyun günündə "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" isə "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 25-də oynanılacaq "Səbail" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

BAKU.WS