SİZİN REKLAM BURADA!
055 213 76 73


Şahmatçımız Şəhriyar Məmmədyarov foto paylaşıb. 

BAKU.WS-in məlumatına görə, Şəhriyar Məmmədyarovun "Facebook" hesabında paylaşdığı fotoda dünya tacının hazırkı sahibi norveçli qrossmeyster Maqnus Karlsen, Eltac Səfərli, mərhum şahmatçımız Vüqar Həşimov və digərləri əks olunub. 

Şəhriyar Məmmədyarov fotoya bu şərhi yazıb: 

"Bu şəkli çox bəyəndim. Rəhmətlik Vüqar, Eltac Səfərli, Maqnus Karlsen və bacısı və mən. Foto Dubay Open vaxtı çəkilmişdi. Turnirin qalibi olmuşdum. Turnirin bağlanışından öncə Maqnus Karlsenin bacısının 5 yaşı tamam olurdu. Ona hədiyyə almışdı. 17 il keçib. Allah Vüqara rəhmət eləsin!"

BAKU.WS