Yeni nazir müavini əvvəlki vəzifəsindən ayrılmalı olacaq

Gənclər və idman nazirinin idman siyasəti üzrə yeni müavini Mariana Vasilyeva bədii gimnastika üzrə baş məşqçi postundan ayrılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev deyib.
Onun sözlərinə görə, Vasilyevanın nazir müavini təyin olunmasından sonra məşqçilikdən ayrılması gözlənilir:
“Buna səbəb onun nazirlikdə işlərinin çoxluğudur. Vasilyevanın bu postdan ayrılması, yəqin ki, yaxın günlərdə Azərbaycan Gimnastika Federasiyası tərəfindən rəsmi şəkildə açıqlanacaq”.
Qeyd edək ki, milliyyətcə bolqar olan Mariana Vasilyeva noyabrın 29-da gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin olunub. O, yeni vəzifəsində 15 il bu qurumda işləyən İsmayıl İsmayılovu əvəzləyib.
Oxşar xəbərlər
Azərbaycanın Tokio Olimpiadasında iştirak edəcək idmançı sayı bilindi - YEKUN HEYƏT
Azərbaycanı Tokio Olimpiadasında təmsil edəcək idmançıların sayı açıqlanıb. BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, artıq yekun siyahı bəllidir. Sonuncu lis...
