SİZİN REKLAM BURADA!
055 213 76 73


Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Zinəddin Zidanın İngiltərənin "Mançester Yunayted" klubuna baş məşqçi təyin olunmasına qarşı deyil.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Mançester təmsilçisinin bu ideyasını dəstəkləyib.

Təcrübəli forvard fransalı mütəxəssisin komandaya xeyir verə biləcəyinə inanır.

Qeyd edək ki, Zinəddin Zidan "Mançester Yunayted"in hazırkı baş məşqçisi Ule-Qunnar Sulşeri əvəzləməyə əsas namizəd hesab olunur. Ronaldu 49 yaşlı mütəxəssisin rəhbərliyi altında İspaniya "Real Madrid"ində çıxış edib.

BAKU.WS