SİZİN REKLAM BURADA!
055 213 76 73


Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yenicə transfer olunduğu İngiltərənin "Mançester Yunayted" klubuna qoşulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu əvvəlcə komandanın baş məşqçisi Ule-Qunnar Sulşerlə görüşüb. Təcrübəli forvard artıq sabiq klubunda ilk məşqinə də çıxıb.

Qeyd edək ki, Ronaldu "Mançester Yunayted"ə İtaliya "Yuventus"undan keçib. O, 2003 - 2009-cu illərdə də "qırmızı şeytanlar"ın formasını geyinib.

BAKU.WS