Konfrans Liqası: "Qarabağ" "Kayrat"la oyundan qalib ayrıldı - YENİLƏNİB

UEFA Konfrans Liqasının qrup mərhələsinin növbəti IV mərhələsində qarşılaşan "Kayrat" və "Qarabağ" komandaları arasında oyun başa çatıb.
BAKU.WS xəbər verir ki, "Qarabağ" klubu qarşılaşmadan 1:2 hesablı qələbə ilə ayrılaraq aktivinə daha 3 xal yazdırıb.
Qarşılaşmada "Köhlən atlar"ın qollarını İbrahim Vaci və Abdullah Zubir vurub.
Qeyd edək ki, "Qarabağ" klubu qrupdakı xalını 9-a çatıdırıb.
***
21.04
"Kayrat" və "Qarabağ" oyunda hesab arasında fərq artıb.
BAKU.WS xəbər verir ki, "köhlən atlar"ın 2-ci qolunu 73-cü dəqiqədə Abdullah Zubir vurub.
***
20.59
"Kayrat" və "Qarabağ" oyunda hesab bərabərləşib.
BAKU.WS xəbər verir ki, "Kayrat"ın bərabərlik qolunu 69-cu dəqiqədə Jose Kante vurub.
***
20.50
"Kayrat" və "Qarabağ" komandaları arasında Konfrans Liqası çərçivəsində baş tutan oyunda hesab açılıb.
BAKU.WS xəbər verir ki, hesabı "Qarabağ"ın oyunçusu İbrahim Vaci 58-ci dəqiqədə açıb.
***
20.27
"Kayrat" və "Qarabağ" komandaları arasında ilk hissə başa çatıb.
BAKU.WS xəbər verir ki, qarşılaşmada qol vurulmayıb.
***
19.37
"Kayrat" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin oyunu başlayıb.
BAKU.WS xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb.
Görüşü moldovalı hakimlər idarə edir.
Oxşar xəbərlər
Konfrans Liqası: "Qarabağ" "Kayrat"ı məğlub etdi - YENİLƏNİB/ FOTO
UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda qarşılaşan "Qarabağ" - "Kayrat" klubları arasında oyun başa çatıb. BAKU.WS xəbər verir ki, qarşılaş...
