VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 Bakıda Avropa Qran Prisi çərçivəsində "Formula 1" pilotlarının sərbəst yürüşlərinin ikinci sessiyası başa çatıb. "Mercedes" pilotu Luis Hamilton "Formula 1" Avropa Qran Prisi mərhələsində Bakı şəhər trasında II sərbəst yürüşlərdə komanda yoldaşı Niko Rosberqin rekordunu təzələyib.
 
BAKU.WS-in məlumatına görə, 31 yaşlı pilot 1:44.223 dəqiqəlik göstərici nümayiş etdirib. Hamiltonu 1:44.913 dəqiqəlik nəticə ilə komanda yoldaşı Niko Rosberq izləyir. Siyahının üçüncü pilləsində isə 1:45.336 dəqiqə ilə "Sahara Force İndia "ın Serxio Peres qərarlaşıb.

Yürüşün ən yüksək göstəricisi "Scuderia Toro Rosso"nun pilotu Karlo Sayntsın aktivinə yazılıb. 22 yaşlı pilot 351 km/saat sürətə nail olub.
 
BAKU.WS