Konfrans Liqası: "Qarabağ" "Kayrat"ı məğlub etdi - YENİLƏNİB/ FOTO

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda qarşılaşan "Qarabağ" - "Kayrat" klubları arasında oyun başa çatıb.
BAKU.WS xəbər verir ki, qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə nəticələnib.
Ardıcıl ikinci qələbəsini qazanan "Qarabağ" qrupda xallarının sayını 7-ə çatdırıb.
***
22.37
“Qarabağ”-"Kayrat" oyununda hesab arasında fərq artıb.
BAKU.WS xəbər verir ki, "Qarabağ"ın qolunu 90+1-ci dəqiqədə Abbas Hüseynov vurub.
***
22.19
“Qarabağ”-"Kayrat" oyununda hesab bərabərləşib.
BAKU.WS xəbər verir ki, "Qarabağ"ın bərabərlik qolunu oyunun 79-cu dəqiqəsində Ramil Şeydayev vurub.
***
21.37
UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda qarşılaşan "Qarabağ" və Qazaxıstanın "Kayrat" klubları arasında oyunun ilk hissəsi başa çatıb.
BAKU.WS xəbər verir ki, komandalar fasiləyə qonaqların 0:1 hesablı qələbəsi ilə yollanıb.
***
21.09
“Qarabağ”-"Kayrat" oyununda hesab açılıb.
BAKU.WS xəbər verir ki, hesabı oyunun 19-cu dəqiqəsində "Kayrat"ın oyunçusu Kante penaltidən açıb.
***
20.46
“Qarabağ”-"Kayrat" oyunu başlayıb.
BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın start fiti 20:45-də verilib.
Qeyd edək ki, "köhlən atlar" hazırda qrupun lideridir.
Qalereya
Oxşar xəbərlər
Konfrans Liqası: "Qarabağ" növbəti mərhələdə - YENİLƏNİB
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" və Kiprin AEL qarşılaşması başa çatıb. BAKU.WS xəbər verir ki, köhlən atlar rəqibi mi...
