SİZİN REKLAM BURADA!
055 213 76 73


Polşa "Legiya"sı Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı məlumat yayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Varşava təmsilçisi 24 yaşlı hücumçudan götürülmüş 3-cü analizin nəticəsinin də mənfi çıxdığını açıqlayıb.

Tezliklə komanda ilə məşqlərə qoşulacaq forvardın "Lex"ə qarşı çempionat matçında oynayacağı bildirilib.

Daha əvvəl AFFA Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb. Varşava təmsilçisinin Mətbuat xidmətinin rəhbəri İzabela Kruq ikinci testin mənfi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan millisinin Serbiyaya 1:3 hesabı ilə uduzduğu matçı tribunadan izləyib. Oktyabrın 17-də keçiriləcək "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

BAKU.WS