13 gün sonra Bakıda səslənəcək Çempionlar Liqasının əfsanəvi himni haqqında maraqlı FAKTLAR

13 gün sonra Bakıda səslənəcək Çempionlar Liqasının əfsanəvi himni haqqında maraqlı FAKTLAR
Video
İdman 47

UEFA Çempionlar Liqasının bütün turları həm azarkeşlər, həm də klublar üçün olduqca vacibdir. Lakin pley-off mərhələsinin önəmi xüsusilə danılmazdır. Səbəb isə məhz həmin turdan etibarən stadionlarda turnirin himninin səsləndirilməsidir.

BAKU.WS futbol azarkeşlərinin sevərək dinlədiyi himnin yaranma tarixi barədə məlumatı təqdim edir:

UEFA Çempionlar Liqasının möhtəşəm atmosferini tamamlayan məşhur himn ilk dəfə 1992-ci ildə bəstəkar Toni Britten tərəfindən yaradılıb. Britten əsəri yazarkən 1727-ci ildə Georg Frideric Handel-in "Zadok the Priest" adlı klassik əsərindən ilham alıb. Himn Londonda Royal Philharmonic Orchestra tərəfindən ifa olunub, vokal hissələr isə Academy of St Martin in the Fields xoruna məxsusdur.

Mahnı UEFA-nın üç rəsmi dilində - ingilis, fransız və alman dillərində səslənir. Turnir matçlarından əvvəl stadionlarda çalınan bu musiqi futbol azarkeşləri üçün simvolik bir mərasimə çevrilib. 2024/25 mövsümündə isə Toni Britten himni bir qədər yenidən işləyib, temp və vokal vurğularını dəyişib. Bu dəyişiklik bəzilərinin bəyənməsinə, bəzilərinin isə tənqidinə səbəb olub.

Azərbaycanda Çempionlar Liqasının himni ilk dəfə 2017-ci ildə "Qarabağ" klubunun "Kopenhagen"lə oyunu zamanı Bakı Olimpiya Stadionunda səslənib. Sonuncu dəfə isə 2022-ci ilin 17 avqustunda "Qarabağ" – "Viktoriya Plzen" qarşılaşması ərəfəsində yenidən stadiona yayılıb. 

Qeyd edək ki, himnin məşhur hissəsindəki "Die Meister! Die Besten! Les grandes équipes! The champions!" sətri milyonlarla azarkeşin yaddaşına həkk olunub.

Son xəbərlər