VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Əfsanəv boksçu dünyasını dəyişdi. İdman dünyasının ən parlaq və məşhur simalarından olan əfsanəvi boksçu Məhəmməd Əli bu səhər  75 yaşında dünyasını dəyişib. 

BAKU.WS xəbər verir ki, idmançı ABŞ-ın Finiks şəhərindəki xəstəxanalardan vəfat edib.

Məhəmməd Əli 1980-ci illərdən bəri Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Boks tarixçiləri, idman ekspertləri, boksçular və  azarkeşləri tərəfindən "bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən ağır çəkidə çıxış etmiş əfsanəvi peşəkar amerikalı həm də insan hüquqları mühafizəçisi və ABŞ-da ilk İslam təşkilatının liderlərindən biri olub.

1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olub. "Time" jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançı olub.

Məhəmməd Əli idman tarixin ən yaxşı idmançısı seçilib. 

1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu,  1974-1978-ci illərdə WBC, 1967, 1974—1978, 1978-ci illərdə WBA versiyası üzrə dünya çempionu olub.
 
BAKU.WS