SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirində son görüşünü keçirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 34 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Qara fiqurlarla oynayan Rəcəbov 14-cü gedişdə rəqibi ilə heç-heçə edib.

Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. 5,5 xalla turnir cədvəlinə başçılıq edən 36 yaşlı qrossmeyster son turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib.

Xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqibləri üçün əlçatmaz olub. Qrossmeyster Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirinin qalibi olub. 

BAKU.WS