Bakıda keçiriləcək AVRO-2020-nin oyunları ilə bağlı müəmmaya aydınlıq gəldi - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
AVRO-2020-nin Bakıda keçiriləcək futbol oyunları ilə bağlı qaydalara aydınlıq gəlib. Avropanın mötəbər idman yarışında azarkeş kimi iştirak etmək istəyən əcnəbi vətəndaşlarla bağlı bəzi qaydalar tətbiq olunur.
BAKU.WS xəbər verir ki, AVRO-2020-nin oyunlarına məhdud sayda ölkənin vətəndaşına stadiondan azarkeşlik etmək icazəsi var.
Bununla bağlı saytımıza xarici vətəndaşlar tərəfindən müraciətlər olunub və Bakıya gəlməklə problemlə qarşılaşmaları əks olunub. Məsələyə rəsmi münasibət öyrənmək məqsədilə AFFA-ya müraciət etdik. Qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla BAKU.WS-ə bildirdi ki, bununla bağlı dövlət başçısının sərəncamı var:
"Sərəncamda qeyd olunur ki, UEFA-dan hər hansı şəkildə akreditasiya alan (istər media, istər digər sahələr) şəxslər və azarkeşlər o halda Azərbaycana daxil ola biləcək ki, həmin ölkələrin komandaları Bakıda oynayacaq. Bu şəxslər Böyük Britaniya, İsveçrə və Türkiyədən gələcək azarkeşlərdir.
Bu üç ölkənin vətəndaşları biletləri varsa, biletləri təsdiq edən sənədi hava limanında təqdim etməklə ASAN viza vasitəsilə viza ala biləcəklər. Digər ölkələrin vətəndaşları isə təəssüflər olsun ki, biletləri olsa belə, Azərbaycana girişlə bağlı problem yaşayacaqlar.
Lakin hazırda Azərbaycanda müəyyən səbəblərdən digər ölkələrin vətəndaşları varsa, onlar da bilet alaraq stadiona gedə bilələr. Amma ölkəyə daxil olmaq yalnız 3 ölkənin vətəndaşlarına icazə veriləcək.
Bilet alan və Azərbaycana daxil ola bilməyən əcnəbilərə gəldikdə isə deyə bilərəm ki, biletləri AFFA deyil, UEFA satır. Bilet alan şəxslərə bir neçə dildə əvvəlcədən bu qaydalarla bağlı məlumat yerləşdirilib. Xarici vətəndaşlar bilet alarkən məlumatı oxumayıbsa, bu artıq onların məsuliyyətidir".
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...