AVRO-2020 kuboku Bakı turuna çıxıb

07
may
2021
23:51
Futbol üzrə Avropa çempionatının əsas mükafatı olan “Anri Delone” kuboku bu gün Bakı turuna çıxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, nüfuzlu yarışın baş mükafatı bir neçə saat ərzində paytaxtın mərkəzi küçələrində yerli sakinlərə təqdim edilib. Əsas məqsəd ictimaiyyəti kubokla tanış etmək və AVRO həyəcanını Bakı küçələrinə yaymaqdan ibarət olub.
Kuboku turnirin rəsmi maskotu Skillzy və digər personajlar müşayiət ediblər. Kubok Turu Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagendə davam edəcək.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...
