SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin "Antalyaspor" klubu dünyaca məşhur futbolçu Ronaldinyonu heyətinə qatacaq.
 
BAKU.WS-in məlumatına görə, artıq klubla futbolçu arasında ilkin razılıq əldə olunub. Gələn mövsüm transferə daha böyük pullar xərcləməyi planlaşdıran türk klubu braziliyalı ilə 1+1 müqavilə imzalayacaq. 

Etonun vasitəçilik etdiyi transferdə əhəmiyyətli rol oynadığı məlum olub. Hazırda Ronaldinyo ilə Antalyaspor rəhbərliyi müqavilənin maddələri üzərində danışıqlar aparır. 

Futbolçuya nə qədər pul ödəniləcəyi və tranferin hansı məbləğə başa gələcəyi hələlik açıqlanmır.
 
BAKU.WS