16 yaşlı Azərbaycan əsilli gimnast Avropa çempionu oldu

25
apr
2021
19:31
İsveçrənin Bazel şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında Azərbaycan əsilli, Böyük Britaniya təmsilçisi Cesika Qədirova qızıl medal qazanıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, 16 yaşlı Cesika xalça üzərində sərbəst hərəkətlərdə hamıdan ən yaxşı nəticəni göstərərək Avropa çempionu olub.
Qeyd edək ki, hər iki valideyni azərbaycanlı olan Cesika Qədirova ilk dəfə qatıldığı böyüklərin Avropa çempionatında öncəki günlərdə gümüş (dayaqlı tullanma) və bürünc medal (çoxnövçülük) qazanmışdı.
Oxşar xəbərlər
Qran-pri: Sərbəst güləşçilərimiz 5 medal qazandı
Azərbaycan sərbəst güləşçiləri Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisində 5 medal qazanıb. "Report"un məlumatına görə, medallardan 2-si gümü...
