Zəlzələ nəticəsində bir neçə məktəbin divarı çatlayıb
06
iyn
2018
13:30
Zaqatala rayonunda baş verən zəlzələ nəticəsində heç bir ümumi təhsil müəssisəsinə ziyan dəyməyib.Bu barədə Təhsil Nazirliyindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, Aşağı Tala kənd 3 və 5 nömrəli tam orta, Bəhmətli kənd tam orta və Əliabad qəsəbə 1, 2, 3 və 4 nömrəli tam orta məktəblərin divarlarında xırda çatlar yaranıb.Qeyd olunub ki, baş vermiş təbii fəlakət tədris prosesinə mane olmayıb, bütün məktəblərdə dərslər davam etdirilir. Şagirdlər təlimatlandırılıb, zəlzələ təkrarlanarsa, nə etməli olduqları barədə məlumatlandırılıblar.BAKU.WS
Oxşar xəbərlər
Zəlzələnin fəsadları: ölən və xəsarət alanlar var - HADİSƏ YERİNDƏN VİDEO
İyunun 5-də axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib.Rayonun Yeni Su...