Ziyarətgahlarda ianələrin toplanması barədə xüsusi qaydalar hazırlanır

Ziyarətgahlarda ianələrin toplanması, xərclənməsi barədə xüsusi qaydalar hazırlanır.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, yeni qaydalar ianələrin verilməsində şəffaflığın təmin edilməsi ilə bağlıdır.“Bununla bağlı müxtəlif ölkələrin təcrübələri öyrənilir və ianələr haqqında qaydalar qüvvəyə mindikdən sonra cəmiyyətə məlumat veriləcək”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, ianə toplandıqdan və həmin ziyarətgah öz xərclərini çıxdıqdan sonra toplanmış ianələrin internet üzərindən açıq şəkildə göstərilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
İanələrin elektron şəkildə toplanması və sərf olunması ilə bağlı qaydalar layihəsi hökumətə təqdim edilib
İanələrin elektron şəkildə toplanması və sərf olunması ilə bağlı qaydalar layihəsi Nazirlər Kabinetinə təqdim edilib. Bu barədə BAKU.WS-ə Dini Qurumlarla İş üzr...