"Zeytun" apteklərinin Tarif Şurasının qərarına əməl etmədiyi müəyyən olunub
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən apteklər şəbəkəsi olan "Zeytun Pharmaceuticals" MMC haqqında inzibati xəta protokolu tərtib edib.
Bu barədə BAKU.WS-ə Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkətin apteklərində dərman vasitəsi Tarif (qiymət) Şurasının təsdiq etdiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə əsasən (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) xəta törədilib.
Oxşar xəbərlər
Bakı-Tbilisi marşrutu üzrə əlavə reysin təşkilinə hazırlıq işləri müzakirə olunub
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" (ADY) QSC beynəlxalq dəmir yolu daşımalarının inkişafı, sərhəd keçmə proseslərinin sürətləndirilm...