Zaqatalada itkin düşən turistin ailə üzvləri Hindistana qayıdır - FOTO

Zaqatalada itkin düşən turistin ailə üzvləri Hindistana qayıdır - FOTO
Foto
Sosial 261

Zaqatala dağlarında bir neçə ay əvvəl itkin düşən hindistanlı turistin ailə üzvləri üç ay davam edən axtarışlardan sonra vətənlərinə dönmək qərarına gəliblər.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Zaqatala rayonu ərazisində itkin düşən hindistanlı turist, 29 yaşlı Manikath Kondaveetinin axtarışlarında iştirak etmək üçün Hindistandan gələn atası Purna Kondaveeti və qardaşı Dharan Kondaveeti bu gün Zaqatalanı tərk edəcəklər.

Qeyd edək ki, hindistanlı turist Manikath Kondaveeti Böyük Qafqaz dağlarını gəzmək üçün may ayının 11-i Zaqatalaya gəlib. O, bir gün Zaqatalada qaldıqdan sonra may ayının 12-i səhər saatlarında qaldığı oteldən dağları gəzmək üçün çıxıb və bir daha geri dönməyib.

Məlumata görə, Manikath Kondaveetini son dəfə may ayının 13-ü yerli sakinlər Zaqatalanın Honzoqor dağının el arasında “Şamil yaylağı” kimi tanınan ərazidə görüblər. Dağlarda itkin düşən Hindistanlı turistin axtarışlarına may ayının 17-dən starT veriLsə də, keçən üç ay müddətində heç bir izə rast gəlinməyib. Qeyd edək ki, ailəsi turisti tapan şəxsə 25 min mükafat vəd vermişdi.

Son xəbərlər