Zakir Həsənov Rabitə qoşunlarının hərbi hissəsində olub - FOTO

Zakir Həsənov Rabitə qoşunlarının hərbi hissəsində olub - FOTO
Foto
Sosial 123

Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissələrindən birində olub.

Nazirliyinin rəhbər heyəti rabitə nəqliyyat vasitələri, texnikaların cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, o cümlədən digər xidməti, inzibati otaqlar və anbarlara baxış keçirib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova döyüşün idarə edilməsi üçün silahlanmaya yeni qəbul edilmiş müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda-qərargah maşınlarının təminatı, təyinatı, döyüş imkanları barədə məruzə edilib.

Müdafiə naziri Azərbaycan Ordusunda rabitə işinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər