Zabuxçay su anbarı bu il istifadəyə veriləcək - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu ilin ortalarına kimi Laçın rayonunun Zabux kəndində su anbarının tikilib təhvil verilməsi gözlənilir”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı Su Həftəsi Beynəlxalq Konfransının (“Baku Water Week Conference”) açılış mərasimində deyib.
“Azərbaycanda 20-yə yaxın kanalın bərpa olunması nəzərdə tutulub. Hazırda onlardan 6-sının bərpa olunması istiqamətində işlər davam edir, 2-də işlər artıq başlama üzrədir, 12-də isə hazırlıq işləri bitmək üzrədir. Bundan başqa 13 anbarın yenidənqurulması məsələsi var. Onlardan 2-si bərpa olunub”, - deyə o qeyd edib.Z.Mikayılov əlavə edib ki, paralel olaraq digər anbarların texniki-iqtisadi əsaslandırılması aparılır.
Qeyd edək ki, Həkəriçay üzərində Zabuxçay su anbarının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərini Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş. aparır. Bu işlərin görülməsi üçün şirkətlə 128,2 milyon manatlıq müqavilə imzalanıb.
Oxşar xəbərlər
İçməli su Laçından Bakıya qədər gələcək - “Həkəriçay”da işlər nə yerdədir?
“Laçın rayonu ərazisində “Həkəriçay” su anbarının və ondan ayrılan magistral boru xətlərinin layihə sənədləri əsasında tikintisi ilə Şuşa, Laçın, Qubadlı, Zəngi...