BAKU.WS-in qabartdığı daha bir nöqsan aradan qaldırıldı

BAKU.WS-in qabartdığı daha bir nöqsan aradan qaldırıldı
Açıqlama Video
Sosial 200

Bu gün səhər saatlarında BAKU.WS saytında Zabrat qəsəbəsində baş verən xoşagəlməz vəziyyətlə bağlı gedən məlumat dərc olunub.

Bu məlumatı oxuyan Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları dərhal hərəkətə keçiblər.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, ərazi təmizlənib. Zibil daşınıb. 

Qeyd edək ki, hələlik əraziyə qoyulan zibil qabları köhnədir və hələ də yenisi ilə əvəzlənməyib.

***10:51

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində natəmizlik və antisanitariya vəziyyəti hökm sürür.

Bu barədə qəsəbəs sakinləri BAKU.WS-in "qaynar xətti"nə şikayət ediblər.

Bildirilir ki, Zabrat qəsəbəsində, 1./ 550 saylı ats yanı adlanan ərazidə yaşayan sakinlər cana yığılıblar. 

"Bura bərbad gündədir. Üfunət qoxusundan dayanmaq olmur. Zibil yığanlar həftədə bir dəfə gəlirlər. Bezmişik, iydən qapıdan çölə çıxmaq olmur", - deyə sakinlər bildiriblər.

Qeyd edilir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da, nəticə  verməyib.

Ziya SƏCCAD

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər