Yumurta biznesi ilə məşğul olmaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Yumurta biznesi ilə məşğul olmaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR
Açıqlama
Sosial 121

"Ölkədə sahibkarların istənilən biznes və ya istehsalla məşğul olmaq hüququ var. Aparılan araşırmadan sonra istənilən bazara daxil olmaq mümkündür".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib.

Assosiasiya sədri əlavə edib ki, hazırda ölkədə süfrə yumurtası istehsalı 137-142 faiz arasında dəyişir:

"Yəni 100 faiz təminatdan sonra 37-40 faiz də xaricə satış var. Əlbəttə bu bizneslə məşğul olmaq mümküdür. Lakin nəzərə almaq lazımdır ki, bu sahə rəqabətli bazardır. Kefiyyətli istehsal və daha ucuz satış etməklə, sahibkarlar öz gəlirlərini qazana bilər.

Onu da qeyd edim ki, dövlət başçısı İlham Əliyev tərəfindən verilən tövsiyyə və məsləhətlər nəticəsində bu sahəyə ciddi şəkildə subsidiyalar da ayrılır. Bunun nəticəsidir ki, Azərbaycandan 10-a yaxın ölkəyə süfrə yumurtası ixracı reallaşır. Ölkə tarixində heç vaxt belə hal olmayıb. 2024-cü ildə 4,5 milyon , 2025-ci ildə isə 20 milyona yaxın yumurta ixracı olub".

Orxan Hüseyn

Oxşar xəbərlər

Son xəbərlər