YouTube-nin işində problem yarandı
Dünyanın müxtəlif ölkələrində "YouTube" platformasının istifadəçiləri xidmətin işində problemlər yaşandığını bildiriblər.
BAKU.WS-in məlumtına görə, bu barədə internet resurslarında baş verən nasazlıqları izləyən "Downdetecto"r saytı xəbər verib.
Məlumata görə, dekabrın 19-da nasazlıqlar Bakı vaxtı ilə təxminən saat 16:30-da başlayıb. Ən çox şikayət ABŞ-dən daxil olub – 11 mindən artıq müraciət qeydə alınıb. Bundan başqa, Kanada, Böyük Britaniya, Fransa, Niderland, Almaniya, Braziliya və digər ölkələrdən də problemlərlə bağlı məlumatlar verilib.
İstifadəçilər saytın işləməməsindən, videoların açılmamasından və serverlə əlaqənin kəsilməsindən şikayət ediblər. Eyni zamanda, tətbiqin fəaliyyətində də nasazlıqlar müşahidə olunduğu bildirilib.
Bundan əvvəl Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerlə videokonfrans formatında əlaqə saxlaya bilmədiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, buna səbəb rabitə ilə bağlı yaranan texniki nasazlıq olub.
Oxşar xəbərlər
AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi
"Azərbaycan Hava Yolları"nın (AZAL) Moskva istiqamətində bir sıra reysləri müvəqqəti təxirə salınıb. BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları"...