Yol polisləri qarlı havada sürücülərə kömək ediblər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisində havanın yağıntılı keçməsi, yağan qar yollarda avtomobillərin hərəkətinə müəyyən çətinliklər yaradıb.
Bunu nəzərə alan yol polisləri qabaqlayıcı profilaktik tədbirlər keçirməklə bir çox xoşagəlməz hadisələrin qarşısını alıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları istər yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə, istər sürüşkən yolları keçməkdə çətinlik çəkən piyadalara köməklik göstərirlər.
Bununla yanaşı, polis əməkdaşları yolların təmizlənməsi, qum və duz səpilməsinin təşkili prosesində də fəallıq nümayiş etdiriblər.
Gün ərzində hərəkət tənzimlənərək xüsusilə yolayrıclarında nəqliyyatın sıxlığının baş verməsinin qarşısı alınıb.
Eyni zamanda, yol polisi əməkdaşları qış təkərləri olmayan və texniki cəhətdən bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə də qarlı-buzlu havada yola çıxmamağı tövsiyə ediblər.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat...