Yol polisi sürücülərə və sərnişinlərə sərin su payladı (FOTO)
25
avq
2019
10:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Havaların isti keçməsi ilə əlaqədar Qaxda yol polisi sürücülərə və sərnişinlərə sərin su paylayıb, onların səhhəti ilə maraqlanıb.DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları havaların isti keçməsi ilə əlaqədar olaraq yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə, eləcə də onların sağlamlığına nəzarəti gücləndirib. Belə ki, rayonun bir neçə yerində müvəqqəti postlar yaradılıb.Günün qızmar vaxtlarında avtomobil, xüsusən avtobus və mikroavtobus idarə edən sürücülər saxlanılaraq onların istirahət etməsinə şərait yaradılıb. Yol polisi əməkdaşları sürücülərə və nəqliyyat vasitəsində olan sərnişinlərə sərin sular paylayıb, onların səhhətləri ilə maraqlanıblar.İsti havanın təsirindən özünü halsız hiss edənlər, səhhətində problem olanlar elə yerindəcə həkim nəzarətindən keçirilib, onlara tibbi yardım göstərilib. DYPB-nin əməkdaşları isti havalarda sürücülərə yollarda diqqətli olmaları, hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etməyi məsləhət görüblər. Bunun həm onlar, həm də sərnişinlərin həyatı üçün vacib olduğu bildirilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda yol polisindən gözəl addım: Sərin su, qısamüddətli istirahət... - VİDEO
Son günlər havaların isti keçməsi ilə əlaqədar yollarda baş verə biləcək hər hansı yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İd...