Yol polisi 200-ə yaxın protokolu ləğv edəcək - VİDEO

31
okt
2018
23:42
Günün pik saatlarında paytaxtda daxil olduqları üçün cərimələnən sürücülər barədə tətbiq edilən təxminən 200-ə yaxın protokol ləğv ediləcək.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbərliyi göstəriş verib. Amma bu, son güzəşt olacaq. Çünki yol polisi bu tip qayda pozuntularına qarşı mübarizəni gücləndirir.Xatırladaq ki, 2015-ci ildə Nazirlər Kobinetinin ''Yol Hərəkəti Komissiyası''nın qərarı ilə kütləsi 5 tondan çox olan yük avtomobillərin səhər saat 7:30-dan 21:00-a qədər paytaxta girişi qadağan edilib. Amma bəzi hallarda bir çox sürücü bu qadağaya əməl etməyərək şəhərə daxil olublar.Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, güzəştlər bu günə qədərdi. Bu gündən sonra heç bir sürücüyə güzəşt olunmayacaq. Çünki paytaxtın həm şimal, həm də cənub girişində bir neçə ərazidə yük avtomobillərinin giriş saatını bildirən nişanlar qoyulub. Üstəlik, bu cür qayda pozunutularına texniki vasitələrlə də nəzarət gücləndirilib.Qaydaların tətbiqində müəyyən istisnalar da var. Belə ki, kənd təsərrüfatı malları gətirən nəqliyyat vasitələrinə bu qadağa tətbiq edilmir.BAKU.WS
Oxşar xəbərlər
Turistlə ingilis dilində danışaraq məşhurlaşan yol polisindən MARAQLI AÇIQLAMA - VİDEO
Artıq ölkə yollarında turistlər yol polisləri ilə rahat ünsiyyət qura bilirlər. Çünki get-gedə yol polisi əməkdaşları xarici dilləri öyrənməyə üstünlük verirlər...