Yeni stansiyaya Polad Həşimovun adının verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur
Yeniliklərdən dərhal xəbərdar olun
Metro stansiyalarından birinə şəhid general Polad Həşimovun adının verilməsi istiqamətində çoxsaylı müraciətlər daxil olur.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, müraciətlər ictimaiyyət nümayəndələrindən və əhalidən gəlir:
“Metropolitenə bu məsələ ilə bağlı müraciətlər həddən artıq çoxdur. Biz əhalinin hisslərini çox gözəl başa düşürük. Lakin onlara da bildirilib ki, bu istiqamətdə “Bakı Metropoliteni” QSC-nin yekun qərar verəcək səlahiyyəti yoxdur. Stansiyaların adlandırılması ilə bağlı məsələlərə nəzarət Nazirlər Kabineti tərəfindən həyata keçirilir”.
B.Məmmədov onu da qeyd edib ki, rəsmi olaraq bununla bağlı heç bir məlumat yoxdur.
Oxşar xəbərlər
Polad Həşimovun xanımı: "Bəlkə də telefonu yanında olsaydı..." - MÜSAHİBƏ - FOTO
Bu günlərdə dilimizə daha bir doğma kəlmə hopdu. Atamız kimi, anamız kimi, Vətənimiz, balamız kimi artıq Generalımız deyirik... bir dildən, bir qəlbdən. General...