Yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, agentliyin sədri Vüqar Behbudov bildirib ki, Sosial Xidmət Mərkəzinin yaradılmasında məqsəd əhaliyə göstərilən sosial xidmətin səmərəliliyini artırmaqdır.
Mərkəz Sosial Xidmətlər Agentliyinin 8 saylı filialının yerləşdiyi Abşeron rayonu üzrə fəaliyyət göstərəcək və ilk mərhələdə sağlamlıq imkanları məhdud uşaqları ilkin sosial reabilitasiya xidməti ilə təmin edəcək.
Qeyd olunub ki, burada həmçinin beynəlxalq təcrübəni əsas götürərək sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri üçün sosial-psixoloji yardım xidməti də təşkil ediləcək.
Mərkəzdə uşaqların inkişaf səviyyəsi qiymətləndiriləcək, sosial-reabilitasiya proqramına uyğun olaraq fərdi və ya qrup terapiyalarına cəlb ediləcəklər.
Uşaqlarla yanaşı, onların valideynləri də diqqət mərkəzində olacaq. Belə ki, psixoloq tərəfindən sosial-psixoloji vəziyyəti qiymətləndirilmiş valideynlər həm fərdi, həm də qrup terapiyalarına cəlb olunacaq, valideyn bacarıqlarının artırılması istiqamətində təlimlər keçəcəklər.
Hazırda Mərkəzin xidmətinə 38 nəfər sağlamlıq imkanları məhdud uşaq cəlb edilərək, gündəlik proqrama uyğun olaraq fərdi və qrup məşğələləri keçirlər.
Mərkəzdə sosial işçi, psixoloq, loqoped, sosial pedaqoq və aktiv terapiya üzrə mütəxəssis mültidissiplinar komanda şəklində xidmət göstərirlər.
Xidmətdən faydalanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinə və Agentliyin Abşeron rayonu üzrə filialına (Abşeron rayonu, Xırdalan ş. Heydər Əliyev prospekti 249) müraciət edə bilərlər.
Qalereya
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...