Yeni ili Bulvarda qarşılamaq istəyənlərə ŞAD XƏBƏR
Bayram ərəfəsində Dənizkənarı Bulvar İdarəsi əyləncəli və bayram ovqatlı tədbirlər keçirəcək.
Bu barədə İdarənin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, tədbirlərin proqramı və keçiriləcəyi tarixlər barədə ziyarətçilərə əvvəlcədən Dənizkənarı Bulvar İdarəsinin rəsmi sosial media səhifələri vasitəsilə ətraflı məlumat veriləcək:
"Bildiyiniz kimi, hazırda Dənizkənarı Bulvar İdarəsi Bakı bulvarında yeni və fərqli tərtibatda bayram yarmarkası təşkil edib. Burada quraşdırılan oturacaqlar, dekorativ elementlər və işıqlandırma birlikdə bulvar ərazisində sanki kiçik şəhərcik görüntüsü yaradır".
"Yarmarkada ən diqqətçəkən yeniliklərdən biri şəhərin ilk açıq havada buz meydançasıdır. ÜNNA Studio tərəfindən qurulan və "Nargis" Fondu tərəfindən təşkil olunan bu meydança dekabrın 1-dən yanvarın 5-dək fəaliyyət göstərəcək. Məkan açıq səma altında konki sürmək istəyənlər üçün yeni və maraqlı imkan yaradır. Təxminən 750 kvadratmetr sahəni əhatə edən süni buz örtüyü ziyarətçilərə sərbəst və rahat konki sürməyə şərait yaradır", - deyə idarə rəsmisi vurğulayıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Amnistiya azad ediləcək şəxslərin dairəsi məlum olub
Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, amnistiya tətbiqi nəticəsində təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddə...