Yeni ildə Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyət qoyulacaq? - RƏSMİ - YENİLƏNİB
"Bu gün bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb".
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndələyindən məlumatında qeyd olunub.
"Bildirik ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb", - məlumatda deyilir.
*** 12:04
Yeni il ərəfəsində Şuşaya giriş məhdudlaşdırılacaq.
BAKU.WS Axar.az-a istinadən xəbər verir ki, 31 dekabr - 2 yanvar tarixlərində fərdi şəkildə (şəxsin adı portalda olsa da) Şuşaya girişə icazə verilməyəcək.
Bildirilib ki, bu məhdudiyyətlər Şuşada Yeni il proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlıdır.
“Şuşa şəhərindəki hotellərdə bu il ilk dəfə olaraq Yeni il şənlikləri keçiriləcək. Buna görə də Şuşada fəaliyyət göstərən hotellər bayram paketlərini elan ediblər. Yeni ili Şuşada qarşılamaq istəyənlər yalnız tur paketlər almalıdırlar”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, bayram günlərində Şuşada Yeni il şənliyi, atəşfəşanlıq, müxtəlif musiqi və şou proqramlar təşkil olunacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...