Yeni ildə istirahət üçün regionlarda otellərin QİYMƏTLƏRİ

Yeni ildə istirahət üçün regionlarda otellərin QİYMƏTLƏRİ
Açıqlama
Sosial 97

Yeni il yaxınlaşdıqca insanlar həm bayram abu-havasını yaşamaq, həm də bir neçə günlük şəhər stresindən uzaqlaşmaq üçün istirahət məkanlarına üz tutmağı düşünürlər.

BAKU.WS-in məlumatına görə, ənənəvi olaraq bu dövrdə daxili turizmə maraq xeyli artır, ailələr və dost qrupları 3-5 günlük qısa səfərlər planlaşdıraraq otellərdə rezervasiya edirlər.

Bayram günlərində regionlarda doluluq səviyyəsinin yüksəlməsi isə mehmanxanaların qiymətlərində müəyyən dəyişikliklərə səbəb olur.

Maraqlıdır ki, Azərbaycanda Yen ildə turizmlə bağlı otellərin qiyməti hansı aralıqda dəyişir?

Turizm eksperti Ceyhun Aşurov BAKU.WS-ə deyib ki, yeni il yaxınlaşır və bununla əlaqədar insanlar qarşıda bir neçə günlük istirahət günlərini səmərəli istifadə etmək üçün səyahətləri planlaşdırırlar:

Yeni ildə istirahət üçün regionlarda otellərin QİYMƏTLƏRİ

"Artıq bununla bağlı biz regiondakı otellərin təkliflərini görə bilirik. Yeni il turlarına əsasən ölkə daxilində olan otellər iki gecə-üç günlük yemək daxil Yeni il şənliyi olan qiymətlər təklif edirlər. Bu qiymətlər iki nəfər üçün adətən nəzərdə tutulur. Qiymətlər iki nəfər üçün 1500-2000 manat arası dəyişir.

Ən əlverişli yeni il şənliyi olan paketi Qarabağ zonasında olan otellər təklif edir. Bunlar təxminən 1000-1500 manat arasındadır. Eyni zamanda Qəbələ, Quba, Lənkəran istiqamətlərində də təxminən iki nəfərlik 1500-1800 manata qədər qiymətlər dəyişməkdədir".

Orxan Hüseyn

Son xəbərlər