Yeni il gecəsi səhərə qədər işləyəcək avtobuslar - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni il gecəsi Bakıdan Sumqayıt şəhərinə, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinə və Masazır qəsəbəsinə işləyən avtobuslar səhərə qədər hərəkətdə olacaqlar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, dekabrın 31-i gecə 23:00-dan yanvarın 1-i səhər saat 06:00-a qədər 501, 502, 503, 592, 596, 533, 553, 525 saylı marşrut xətlərinin hər birinə aid 1 avtobus sərnişinlərə xidmət edəcək.
Oxşar xəbərlər
Bakıda bu avtobuslar səhərə qədər işləyəcək - SİYAHI
Bakıda bir neçə marşrut xətt avtobusları səhərə qədər işləyəcək. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) BAKU.WS-ə verilən məlumata görə, gücləndirilmiş...