Yeni il ərəfəsində Bakıya QAR YAĞACAQ?
Yeni il ərəfəsi yağan qar bayram ab-havasını daha da coşdurur. Bu baxımdan hər kəsə maraqlıdır ki, görəsən bu Yeni ildə Bakıya qar yağacaq?
BAKU.WS xəbər verir ki, beynəlxalq meteoroloji mənbələrin məlumatlarına əsasən, paytaxt sakinləri 2026-cı ili qarlı deyil, mülayim hava şəraitində qarşılayacaqlar.
Proqnozlara görə, 31 dekabr və 1 yanvar tarixlərində Bakıda hava əsasən buludlu olacaq, lakin yağıntı gözlənilmir. Temperaturun təxminən 10 dərəcə isti olacağı bildirilir ki, bu da qış mövsümü üçün nisbətən mülayim hava deməkdir.
Havanın xarakteri isə yeni ilin ilk günlərindən sonra dəyişəcək. Yanvarın 2-dən 7-dək paytaxtda yağışlı hava şəraiti hökm sürəcək. Bu günlərdə temperaturda ciddi eniş gözlənilməsə də, vaxtaşırı yağıntılar müşahidə olunacaq.
Beləliklə, Bakı Yeni ili qarsız, amma mülayim və yağmursuz hava ilə qarşılayacaq, qış əhval-ruhiyyəsi isə daha çox yanvarın ilk həftəsində hiss olunacaq.
Oxşar xəbərlər
Sumqayıtın bir hissəsində qaz olmayacaq
Bu gün Sumqayıt şəhərinin bir hissəsində qaz olmayacaq. "Azəriqaz" İB Sumqayıt QİS-dən BAKU.WS-ə yerli bürosuna verilən məlumata görə, Sumqayıt şəhəri, 1-ci mik...