Yeni il alış-verişi başlayıb - Aksesuarların QİYMƏTLƏRİ
İlin sonuna hələ bir aydan çox vaxt qalsa da, paytaxt mağazalarında artıq Yeni ilin nəfəsi duyulur.
BAKU.WS-in məlumatına görə, satış vitrinləri işıqlı ev maketləri, qarlı dekorlar, maral fiqurları və rəngbərəng suvenirlərlə bəzədilib.
Satıcıların sözlərinə görə, bu il həm yerli, həm də idxal olunan dekorların çeşidi artıb. Ən çox sorğu doğuran məhsullar - Yeni il ağacları, şaxta baba fiqurları, işıqlı dekorlar və ev üçün kiçik suvenirlərdir. Qiymətlər isə demək olar ki, bütün kateqoriyalarda fərqlidir və məhsulların modelindən, ölçüsündən və funksiyalarından asılı olaraq dəyişir.
Yeni il ağaclarının qiyməti 5 manatdan başlayır və 3000 manata qədər yüksəlir. Məhsulların qiyməti ölçü, material və işıqlanma sistemindən asılı olaraq dəyişir. 1-1.5 metrlik standart ağaclar daha çox satılan modellərdir.
Şaxta baba fiqurları 15–1500 manat aralığında təqdim olunur. Mexanizimli, işıqlı və musiqi effektli modellər daha bahadır. 30–60 sm-lik dekorativ fiqurlar isə ən populyar kateqoriyalara daxildir.
İşıqlı ev dekorları və suvenirlər 20–150 manat arasında satışdadır. LED işıqlı, musiqili, qarlı effekti olan ev maketləri bu il daha geniş çeşidlə vitrinlərdə yer alıb.
Yumşaq oyuncaqlar, işıqlı plastik fiqurlar və masaüstü dekorlar da alıcılar arasında ən çox seçilən məhsullar sırasındadır. Şam ağacı oyuncaqları isə əsasən 5–10 manat qiymətində təklif olunur.
Orxan Hüseyn
Oxşar xəbərlər
Sabah Bakının ən böyük rayonlarında qaz olmayacaq
Sabah Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. BAKU.WS bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Bir...