Yeni “DOST” mərkəzləri açılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən dövrdə 1 milyona yaxın vətəndaşın faydalandığı “DOST” xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi üçün yeni “DOST” mərkəzlərinin açılması nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu barədə "report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Məlumatda bildirilib ki, “DOST” xidmətlərinə əlçatanlığın artırılması üçün yeni hədəflərə doğru işlər aparılır:"Bu hədəflərdən biri “Virtual DOST” elektron xidmətlər platformasının yaradılmasıdır. Həmin e-platformanın bu ilin 3-cü rübündə test rejimində istifadəyə verilməsi planlaşdırılıb".
Qeyd edək ki, hədəflər sırasına “DOST” mərkəzlərində eşitmə və nitq qabiliyyəti məhdud şəxslər üçün surdo-tərcümə xidmətinin təşkili, sosial xidmət göstərilməsinin təkmilləşdirilməsi və s. daxildir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...