Yediyimiz toyuqların kəsim yerindən – İyrənc mənzərə
25
apr
2019
15:49
Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında fəaliyyət göstərən quş kəsim sexinə baxış keçirilib.Bu barədə qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, baxış zamanı vətəndaş Babayev Ceyhun Rafiq oğluna məxsus sexin qeyd olunan ünvanda gecə saatlarında fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib.Belə ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı aşkarlanıb.Həmçinin baxış zamanı sexdə kəsilən toyuqların qanı və iç orqanlarının anti-sanitar şəraitdə sexin döşəməsinə yığılaraq oradan kanalizasiya xəttinə axıdıldığı məlum olub.Faktla bağlı ekspertizanın aparılması üçün müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.Emal sahəsində araşdırmalar davam edir. Araşdırmaların nəticələrinə dair ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qalereya
Oxşar xəbərlər
Anti-sanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlandı - FOTO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində anti-sanitar şəraitdə toyuq kəsimi ilə bağlı məlumat...