Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun
Yay aylarında qida zəhərlənmələrinin sayı artır və buna ən çox düzgün saxlanılmayan ərzaqlar səbəb olur.
BAKU.WS-in məlumatına görə, mütəxəssislər isti havalarda bəzi məhsulların istehlakı zamanı daha diqqətli olmağı tövsiyə edirlər.
Bildirilir ki, mayonezli salatlar, uzun müddət otaq temperaturunda qalan qarpız və digər bostan məhsulları, eləcə də paştet kimi tez xarab olan qidalar yayda zəhərlənmə riskini xeyli artırır. Xüsusilə kəsilmiş qarpız və yemiş bir saatdan artıq açıq havada qaldıqda onların istehlakı sağlamlıq üçün təhlükəli ola bilər.
İsti havalarda qidalanmada daha çox yağsız toyuq əti, balıq və mövsümi yerli tərəvəzlərə üstünlük verilməsi məsləhət görülür. Bu məhsullar orqanizmin həzm üçün daha az enerji sərf etməsinə kömək edir və bədənin sərin qalmasını asanlaşdırır.
Mütəxəssislər yayda edilən ən böyük səhvlərdən biri kimi yemək zamanı buz kimi soyuq içkilərin qəbulunu, tez-tez dondurma yeməyi və meyvələri həddindən artıq istehlak etməyi göstərirlər. Meyvələr faydalı olsa da, onların həddindən artıq qəbulu qaraciyərə əlavə yük yarada və aclıq hissini tam aradan qaldırmaya bilər.
Orqanizmdə maye balansını qorumaq üçün otaq temperaturunda su içmək, suya bir neçə damcı limon şirəsi və az miqdarda duz əlavə etmək tövsiyə olunur. Bu üsul isti havalarda itirilən mineralların bərpasına və susuzlaşmanın qarşısının alınmasına kömək edir.
Yay mövsümündə şəkərsiz ev şəraitində hazırlanmış mors və limonadlar, eləcə də zəif qazlı mineral sular daha sağlam seçim hesab olunur. Şəkərli və çox qazlı içkilərdən isə mümkün qədər uzaq durmaq məsləhətdir.
Oxşar xəbərlər
Qarabağda iş yerləri: 3 min manata qədər yeni vakansiyalar
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri yeni iş yerlərinin yaranmasına səbəb olub. Qarabağ və Şərqi Zəngəz...