Yaşlılar üçün yaradılan “YAŞA” mərkəzinin fəaliyyəti davam edir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Üçüncü Bahar” layihəsi çərçivəsində 2021-ci ilin fevral ayında Şamaxı şəhərində yaradılan “YAŞA” mərkəzinin fəaliyyəti davam edir.
BAKU.WS xəbər verir ki, cari ilin may ayı ərzində mərkəzdə mobil telefondan istifadə üzrə təlimlər, şahmat, vitraj və rəsm dərnəkləri, poeziya saatı keçirilib və Şamaxı rayonunda yerləşən “Yaşıl göl” ərazisinə ekskursiya təşkil edilib.
Mərkəzdə yaşlılar üçün yaradılan imkanlardan, ümumilikdə 74 nəfər yararlanıb.
Qeyd edək ki, “YAŞA” mərkəzində maarifləndirmə, sağlamlıq, yaradıcılıq istiqamətlərində təlim və tədbirlər həyata keçirilir. Mərkəzin fəaliyyəti barədə 020 265 05 07 və ya 055 516 50 02 nömrələri ilə əlaqə saxlamaqla əlavə məlumat əldə edə bilərsiniz.
Qalereya
Oxşar xəbərlər
“Atabank” və “Amrahbank”da əmanətləri olanların nəzərinə! - Kompensasiyaların verilməsinə başlanılır
Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması...