Yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq

Yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq
Sosial 60

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı "Təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, hazırda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakına dair müddəa yoxdur.

Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər