Yaşı 40-dan yuxarı şəxslər artıq poliklinikaya gəlməyə başlayıb - Baş həkimin müavini

Yaşı 40-dan yuxarı şəxslər artıq poliklinikaya gəlməyə başlayıb - Baş həkimin müavini
Sosial 136

Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərin vaksinasiyasına start verilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev bildirib.

O qeyd edib ki, bu kateqoriyadan olan şəxslərin səhər saatlarından etibarən onlayn növbə tutmaqla və ya birbaşa müraciətlə poliklinikada peyvəndlənməsi aparılır.

Baş həkimin müavini əlavə edib ki, yanvar ayının 18-dən etibarən ölkədə başlanan vaksinasiya prosesi çərçivəsində bu günə kimi poliklinikada 3 mindən artıq şəxsə peyvənd vurulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər