Yasamalın məşhur sakinlərindən #evdəqal çağırışı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əhali arasında koronavirusa yoluxma hallarını minimuma endirmək məqsədilə Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə video-çarx hazırlanıb. BAKU.WS xəbər verir ki, təbligat-təşviqat xarakteri daşıyan süjetdə ölkənin tanınmış şəxsləri və Yasamal rayon sakinləri lentə alınıblar. #evdəqal həştəqi aksiyasına yeni stimul vermək məqsədi daşıyan bu video-çarxda insanlar sosial təmaslarını müvəqqəti olaraq minimuma endirməyə səslənir.
Məqsəd əhalinin diqqətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq edilən sosial izolyasiya qaydalarına yönəltmək, insanları zəruriyyət olmadığı halda evdən çıxmamağa səsləməkdir. Qeyd edək ki, evdə qal çağırışına əməl etməklə biz koronavirusa yoluxma riskini azaldırıq.
Video-çarxda öz çağırışlarını səsləndirən Azərbaycanın incəsənət xadimləri, idmançılar, müharibə veteranları və sıravi sakinlər ölkə vətəndaşlarını ictimai yerlərdən uzaq durmağa və ailələri ilə evdə daha çox vaxt keçirməyə tövsiyə edirlər. Onların sözlərinə görə, sosial özünütəcrid koronavirusa yoluxma riskini azaldacaq. Bu davranış xüsusən də yaşlı insanlar üçün daha çox əhəmiyyət daşıyır. Koronavirusa yoluxma hallarına yol verməmək məqsədilə aparılan tibbi-profilaktik tədbirlər yalnız bu halda səmərəli ola bilər.
Yasamal rayon İcra Hakimiyyəti hər bir sakini məsuliyyətli və nümunəvi davranış nümayiş etdirməyə dəvət edir.
Oxşar xəbərlər
Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 200 manat cərimə olunacaq - VİDEO
Paytaxt polisi koronavirus təhlükəsi ilə bağlı vətəndaşların küçə və prospektlərdə, parklarda və digər ictimai yerlərdə kütləvi toplaşmasının qarşısını almaq mə...