Yasamaldakı problem həll edildi - FOTO/VİDEO - YENİLƏNİB

Yasamaldakı problem həll edildi - FOTO/VİDEO - YENİLƏNİB
Foto Video
Sosial 116

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində xəstəlik mənbəyi yaranıb. Yaşayış binalarının həyətində çuxur qazılıb.

BAKU.WS xəbər verir ki, artıq problem həll edilib.

Qeyd edilən ünvanda yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyatı dövlət orqanları tərəfindən aradan qaldırılıb.

BAKU.WS ərazidən yeni görüntülər təqdim edir:

*** 14:22

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində xəstəlik mənbəyi yaranıb. Yaşayış binalarının həyətində çuxur qazılıb, kimin əlinə nə keçir həmin yerə atır.

Sakinlər müvafiq qurumlara dəfələrlə müraciət etsələr də, bir nəticə olmayıb.

Ərazidə yaşayan sakinlər deyirlər ki, illərdir bir dəfə belə olsun təmizlik işləri aparılmayıb. Dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, ərazinin hansısa sahibkara məxsus olduğu bildirilib.

Daha ətraflı ATV-nin süjetində:

Son xəbərlər