Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq faktı ilə bağlı 4 nəfər həbs edilib, anasına cinayət işi açılıb

Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dörd nəfər həbs edilib.
Həmçinin azyaşlının anasına CM-nin 171 ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır:
"Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan "Report"a faktı təsdiqləyiblər.
Qeyd olunub ki, faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Hadisənin təfərrüatları açıqlanmayıb.
Oxşar xəbərlər
Müştərilərə bazarda "yaş" adı ilə suya salınmış qoz satılır?
Masazır kəndində yerləşən marketlərdən birində alıcılar iddia edirlər ki, çəkisi ağır gəlsin deyə qozlar əvvəlcədən suya salınaraq satışa çıxarılır. Baku TV məs...
