Yaranmış vəziyyətdən sui-istifadə edənlərə qarşı sərt tədbirlər görülür - FAKTLAR

Yaranmış vəziyyətdən sui-istifadə edənlərə qarşı sərt tədbirlər görülür - FAKTLAR
Sosial 516

Azərbaycanda koronavirus təşvişindən istifadə edərək bazarda süni qıtlıq yaratmaq istəyənlərə qarşı tədbirlər görülür.

BAKU.WS xəbər verir ki, əhali arasında süni təşviş yaradaraq dövriyyədən çıxarılmış malları dəyərindən bir neçə dəfə baha qiymətə satmaq istəyən işbazlar qısa zamanda ələ keçdilər.

Vəziyyət o həddə çatmışdı ki, apteklərdə spirt və tibbi maska, immuniteti gücləndirmək üçün ən yaxşı vasitələrdən biri olan “Vitamin C” tapmaq müşkülə çevrilmişdi.

Prezident İlham Əliyev vəziyyətə müdaxilə edərək bazarda süni qıtlıq yaradanların sərt cəzalandırılacağını bildirdi. Çox keçmədi ki, hüquq-mühafizə orqanları bir neçə böyük əməliyyat təşkil etdi və külli miqdarda tibbi maska ələ keçirildi.

Vəziyyətdən sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, aralarında xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb.

Əməliyyat zamanı İran vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif külli miqdarda tibbi maskaları satmaq istəyən zaman tutulublar.

Yaranmış vəziyyətdən sui-istifadə edənlərə qarşı sərt tədbirlər görülür - FAKTLAR

Həmçinin Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Çin Xalq Respublikasının vətəndaşları Yang Kun və Yiming Liunun ölkədən qaçaqmalçılıq yolu ilə öz vətənlərinə göndərmək məqsədilə tədarük etdikləri külli miqdarda tibbi maskalar onların Bakı şəhəri Yasamal rayonunda kirayədə yaşadıqları mənzildən aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Çin vətəndaşlarını külli miqdarda tibbi maska ilə təmin etməkdə şübhəli bilinən paytaxt sakini Arif İsmayılov da müəyyən edilərək saxlanılıb.

Yaranmış vəziyyətdən sui-istifadə edənlərə qarşı sərt tədbirlər görülür - FAKTLAR

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Xaçmaz rayon sakini Elvin Balamətov, Bakı şəhər sakini Elşən Ələkbərov, eləcə də paytaxt sakinləri Aslan Musayev, Şahin Fərzəliyev və Vaqif Mehbalıyev tibbi maska satarkən saxlanılıblar. Qeyd edək ki, bu şəxslər tibbi maskaları real dəyərindən dəfələrlə baha qiymətə satışa təqdim etdikləri üçün ifşa ediliblər.

Yaranmış vəziyyətdən sui-istifadə edənlərə qarşı sərt tədbirlər görülür - FAKTLAR

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ümumilikdə 1 milyon 50 min ədəd tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb.

Yaranmış vəziyyətdən sui-istifadə edənlərə qarşı sərt tədbirlər görülür - FAKTLAR

Bundan başqa, bir sıra apteklərdə tibbi spirt və maskaların satışında nöqsanlar aşkarlanıb.

Aparılmış yoxlamalar zamanı bir sıra apteklərdə dərman vasitələrinin satışında qiymət intizamına əməl olunmadığı aşkar edilib, müvafiq protokollar tərtib edilərək, toplanmış sənədlər məhkəmə orqanlarına göndərilib.

Nöqsanlar aşkarlanan apteklər aşağıdakılardır:

- “Buta Farm” MMC-nin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 30A və Nəsimi rayonu, S.Vurğun küçəsi, 112 ünvanlarında yerləşən apteklərində

- “Zeytun Pharmaceuticals” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi 69, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 və N.Hikmət küçəsi, 26/27 ünvanlarında yerləşən apteklərində,

- “Vita Aptekləri” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 18A ünvanındakı aptekində,

- “İntermed Plyus” MMC-yə məxsus Sumqayıt şəhəri, məhəllə 40 ünvanındakı aptekdə;

- “Dokta” MMC-nin Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 78B ünvanında, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 62 və Şəki şəhəri, M.Rəsulzadə küçəsində yerləşən apteklərində.

Hazırda dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən intensiv monitorinq və yoxlamalar davam etdirilir.

Məsələ təkcə apteklərlə bitmir. Qlobal bazarda neftin 30 dollara qədər ucuzlaşması, ardınca isə bir sıra dövlətlərdə dolları milli valyutalara nisbətdə bahalaşmasından istifadə edənlər Azərbaycanda da əhali arasında qısamüddətli təşvişə səbəb oldular. Bu təşvişdən istifadə edərək dolları əhaliyə baha qiymətə satmağa cəhd göstərdilər. Lakin bu cəhdlər də hökumətin zamanında müdaxilə isə uğursuz oldu.

Yaranmış vəziyyətdən sui-istifadə edənlərə qarşı sərt tədbirlər görülür - FAKTLAR

Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov açıqlama verərək bildirdi ki, məzənnədə dəyişiklik olmasın deyə, tədbirlər görülür. O, əhaliyə çağırış edərək təşvişə düşməməyi və yalnız rəsmi məlumatlara istinad etməyi tövsiyə etdi:

“Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımız olduğunu unutmaq lazım deyil. Əhaliyə çağırışımız ondan ibarətdir ki, öz hərəkətləri ilə bizə kömək etsinlər və biz bu problemi daha tez həll edək. Azərbaycan iqtisadiyyatı neftin hazırkı qiymətinə Rusiyadan daha çox tab gətirə bilər.

Yaranmış vəziyyətdən sui-istifadə edənlərə qarşı sərt tədbirlər görülür - FAKTLAR

Koronavirusun yayılması ilə müəyyən təchizat problemləri ortaya çıxa, müəyyən fırıldaqçılar bundan istifadə edə bilərlər. Hökumət bu məsələni nəzarətdə saxlayacaq. Həmçinin ölkənin təchizatının yaxşılaşdırılması tədbirləri də görüləcək. Eyni zamanda bu vəziyyətdən sui-istifadə edənlərə, süni qiymət artımına yol verənlərə və valyuta fırıldaqçılarına qarşı çox ciddi tədbirlər görüləcək”.

Sonda xatırladaq ki, Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qeyd olundu ki, istehlak bazarına ciddi nəzarət edilir və vəziyyətdən sui-istifadə etməklə baş verə biləcək süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcəkdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər