Yaralı əsgərə kömək adı altında yanlış məlumatlar yayılır
Yeniliklərdən dərhal xəbərdar olun
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu.
Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.
Vətən Müharibəsi zamanı yaralanan əsgərlərimiz də oldu. Hər kəs onlara kömək üçün əlindən gələni etməyə çalışır.
Yaralı əsgərə kömək edilməsi barədə məlumatlar hazırlanır və sosial şəbəkələrə yerləşdirilir. Lakin bu tipli məlumatlar arasında yalan xəbərlər də var. Əsasən sosial şəbəkələrdə yayılan məlumatların araşdırılması zamanı vəziyyətin xeyli fərqli olduğu aşkarlanır.
Bir sıra xəbər portalları da bu tipli məlumatları əlavə araşdırma aparmadan sosial şəbəkələrə istinadən yayırlar.
Sosial şəbəkə isifadəçilərinə və həmkarlarımıza müraciət edirik ki, yaralı əsgərlərlə bağlı məlumatları dəqiqləşdirib yaysınlar.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...